Gəncə Peşə Hazırlığı Mərkəzində 14 hazırlıq kursuna start verilib

Hazırlıq kurslarına ümumilikdə 150 nəfərə yaxın işsiz şəxs cəlb olunub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari il üzrə əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarının təşkilinə start verilib.

 

Yanvar ayında təkcə Gəncə Peşə Hazırlığı Mərkəzində işəgötürənlərlə əməkdaşlıq edilməklə 8 peşə üzrə 14 hazırlıq kursuna başlanılıb.

 

Kurslar əsasən “mebel ustası”, “ərzaq və qeyri-ərzaq satıcısı, nəzarətçi – xəzinədar”, “dərzi”, “proqramla idarə olunan dəzgahların operatoru”, “elektrik maşın, aparat və cihazlarının sazlayıcısı”, “ofisiant”, “elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “qənnadçı, şirniyyatçı” istiqamətləri üzrədir.

 

Hazırlıq kurslarına ümumilikdə 150 nəfərə yaxın işsiz şəxs cəlb olunub. Peşə hazırlığını uğurla başa vuran şəxslərin sonda işlə də təmin edilməsi nəzərdə tutulub.