Gənc qadınlar üçün "Karyera planlaması və inkişafı" təlimlərinə start verilib

Ağcabədi Qadın Resurs Mərkəzində gənc qadınlar üçün "Karyera planlaması və inkişafı" mövzusunda təlimlərə start verilib.

 

Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Britaniyanın Azərbaycandakı Səfirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlığı çərçivəsində keçirilib.

 

Təlimə cəlb edilən gənc qadınlara karyera planlaması, iş axtarışı bacarıqları, düzgün CV və istək məktubu hazırlığı, müsahibə hazırlığı, bu günün və gələcəyin bacarıqları mövzuları istiqamətində təlimlər keçirilib.

 

Sonda təlim mövzuları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.