“Gələcəyin əmək bazarına hazırlıq” adlı görüş keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 5 dekabr 2025-ci il tarixində “Gələcəyin əmək bazarına hazırlıq” adlı görüş keçiriləcək.

 

Görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndləri və öncədən seçilmiş iştirakçılar arasında gələcəyin əmək bazarı, rəqəmsal bacarıqlar, əmək bazarının müasir tendensiya və çağırışları ilə bağlı geniş fikir mübadiləsi aparılacaq, eyni zamanda “Kadr indeksi” layihəsinin təqdimatı həyata keçiriləcək.

 

Qeyd edək ki, görüşdə iştirak etmək üçün https://survey.sosial.gov.az/index.php/799957?lang=az linki vasitəsilə qeydiyyatdan keçmək vacibdir. Yalnız iştirakı təsdiqlənmiş şəxslər görüşə qatıla biləcəklər. Sahə ilə maraqlanan şəxslər görüşdə iştirak edərək, gələcəyin əmək bazarı haqqında fikir və ideyalarını təqdim edə bilərlər.