“Gələcəyə birlikdə” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən növbəti dəfə “Gələcəyə birlikdə” layihəsi çərçivəsində İnternat məktəblərində “İxtisas seçimi” mövzusunda seminar keçirilib.

 

Sumqayıt şəhər General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada və Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1№-li tam orta internat məktəbində keçirilən görüşlərdə 42 nəfər 7-8-9-cu sinif şagirdləri iştirak edib.

 

Filialın ekspertləri tərəfindən iştirakçılara düzgün ixtisas seçimi, karyera planlaması kimi mövzular barədə məlumat verilib. “Gələcəyə birlikdə” layihəsi çərçivəsində görüşlər may ayında da davam etdiriləcək.