Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin və “ASAN Könüllüləri” Təşkilatının birgə layihəsi olan “FotoMən III” çərçivəsində layihə iştirakçılarına “Kiçik fotoatelye” zərfi üzrə avadanlıqlar verilib.
Avadanlıqlar həssas əhali qruplarının özünüməşğulluq proqramına dəstək göstərən Unibank tərəfindən təmin edilib.
“FotoMən III” layihəsinin əsas məqsədi fotoqrafiya sənətinin incəliklərinin gənclərə öyrədilməsi, şəxsi biznesin təşkili, karyera mühitinə psixoloji hazırlıq, gənclərin karyeralarına ilk addım atması üçün praktiki bacarıqlara yiyələnmələrinə dəstək olmaqdır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.