Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gələcəyə hazır ol” devizi altında keçirilən Azərbaycan Karyera İnkişaf Forumu bir sıra mövzular ətrafında tematik vorkşoplarla davam edib.
Vorkşoplar Türkiyənin Çağ Universitetinin Fərdi inkişaf və strateji idarəçilik eksperti Murat Koç və İsraildən beynəlxalq spiker Tal Catran, Milli Məclisin deputatı Nigar Arpadarai, ADA Universitetinin departament rəhbəri Gülnur İsparova, beynəlxalq ekspert Aygün Qurbanova, HP Option şirkətinin direktoru Xəqani Səfərov, eləcə də digərlərinin spikerliyi ilə keçirilib. İştirakçılarla birgə “Karyera məsləhət xidmətinə niyə investisiya edilməlidir?” “Post-pandemiyada dəyişən trendlər: Çətinlikləri fürsətlərə necə çevirməli?”, “Əmək bazarı və gələcəyin bacarıqları”, “Böyük şirkətlərə aparan karyera yolu/İnnovasiya və startapların karyeramıza təsiri”, “Uğura aparan karyera yolu. Dövlətin yaratdığı imkanlar” və s. mövzularda müzakirərlər aparılıb.
Artıq başa çatan tədbirin yekuni olaraq gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanaraq müvafiq dövlət qurumları və özəl müəssisələrə göndərilməsi nəzərdə tutulub.
Ölkəmizdə ilk dəfə olaraq keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, həmçinin millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri, yerli və xarici spikerlər, tələbələr iştirak edib.
Forum daim dəyişməkdə olan əmək bazarı barədə məlumatlılığın artırılması, iştirakçıların gələcəyin peşə və bacarıqları ilə tanış edilməsi, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımların müzakirə olunması məqsədi daşıyıb.