Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduEstoniya Respublikasının İşsizlikdən Sığorta Fondunun nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
Nümayəndə heyətinin səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə 2023-cü il üçün imzalanan “Fəaliyyət Planı” çərçivəsində baş tutub.
Səfərin ilk günündə Dövlət Məşğulluq Agentliyində “İşəgötürənlərə dəstək mexanizmlərini genişləndirməklə işsiz şəxslərin məşğulluq imkanlarının artırılması” mövzusunda görüş təşkil edilib.
Görüşdə qonaqlara Agentliyin iş prinsipi, fəaliyyət istiqamətləri haqqında məlumat verilib, ölkələr arasında məşğulluq sahəsində görülmüş işlərlə bağlı təcrübə mübadiləsi aparılıb.
Nümayəndə heyəti də öz növbəsində Fondun tarixi, fəaliyyəti və görülən işlər barədə məlumat verib. Daha sonra tərəflər arasında işsiz şəxslərin məşğulluq imkanlarının artırılması, karyera planlaması, işsizlikdən sığorta kimi mövzularda müzakirə aparılıb, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Səfər çərçivəsində nümayəndə heyətinin DOST Agentliyinə və Bakı Regional Məşğulluq filialına səfəri də planlaşdırılıb.