Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində Azərbaycan Karlar Cəmiyyətinin üzvləri üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə kursa start verilib.
14 nəfərin cəlb olunduğu hazırlıq kursu 2 ay davam edəcək. Tədris müddəti başa çatdıqdan sonra imtahanları müvəffəqiyyətlə verən şəxslərə sertifikat təqdim olunacaq və onlar “Atek Uniform” və “Kirpi Tekstil” MMC-də işlə təmin olunacaqlar.
Eşitmə məhdudiyyətli şəxslər üçün “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə növbəti peşə kurslarının da təşkili nəzərdə tutulub.