Əmək yarmarkasında işsiz və işaxtaran şəxslərə 435 vakansiya təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Qazax-Tovuz Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.

 

Ağstafa və paytaxtın Yasamal rayonunda keçirilən yarmarkalarda 41 işəgötürən iştirak edib və 435 vakansiya təqdim olunub.

 

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.