Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən növbəti əmək yarmarkası təşkil olunub.
Salyan rayonunda keçirilən yarmarkada dövlət və özəl sektordan olan 19 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 125-dən çox vakansiya təqdim olunub.
Vakansiyalar əsasən istehsal, xidmət, kənd təsərrüfatı, inşaat, ticarət, səhiyyə, mühasibatlıq və digər sahələrlə bağlı olub.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.
Aktiv məşğulluq tədbirində həmçinin peşə hazırlığı və özünüməşğulluq proqramına müraciət edən şəxslərin də qeydiyyatı aparılıb.