Bakı və Kürdəmirdə keçirilən əmək yarmarkalarında 850-dən çox vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkaları Bakıda və Kürdəmirdə təşkil edilib. Bakı və Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində ümumilikdə 54 müəssisə iştirak edib və 850-dən çox vakansiya təqdim edilib.

 

Yarmarkada iştirak edən şəxslər iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən vakansiyalarla tanış olmaq, uyğun vakansiyalara müraciət etmək imkanı əldə ediblər. Namizədlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun şəxslər növbəti mərhələyə dəvət olunublar. 

 

Yarmarkada işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.