Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb.
Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. (https://www.globalbankingandfinance.com/global-banking-finance-awards-2025-award-winners)
Bu mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz