Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera”nın iş birliyi çərçivəsində “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” üzrə üç aylıq kurslara başlanacaq.
“Coursera”ya məxsus bu təşəbbüs hökümətlərin məşğullluq tədbirlərinə dəstək məqsədi daşıyır. İşini itirmiş şəxslər yenidən əmək bazarına daxil olmaq üçün lazımi öz bilik və bacarıqlarını artırmaq məqsədilə bu kurslara müraciət edə bilərlər.
Onlayn platformada təşkil olunacaq kurslar vasitəsilə iştirakçılar əldə etmək istədikləri bilik və bacarıqlara uyğun olaraq dünyanın tanınmış universitetləri və təşkilatları tərəfindən hazırlanmış 4000-ə qədər təlim proqramından ödənişsiz formada istifadə edə biləcəklər. Kurslar ixtisas təlimləri ilə yanaşı, müxtəlif dil biliklərinin artırılması, informasiya texnologiyaları və digər proqramları da əhatə edir.
İştirakçılara həmçinin türk dilində 400-dək, rus dilində 60-dək, habelə ingilis və başqa dillərdə olan kurslardan faydalanmaq imkanı da veriləcək. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq seritifikatla da təmin ediləcəklər.
Təlimlərdə iştirak etmək istəyən şəxslər
https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform
keçidinə daxil olaraq “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü – Coursera” seçməklə, qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş şəxslərə “Coursera” sistemi tərəfindən qeydiyyatını tamamlamaq üçün dəvətnamə gələcək.
Son qeydiyyat tarixi 30 oktyabrdır.