Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Danimarka Krallığının Orhus şəhərində rəsmi səfərdə olub.
Nümayəndə heyətinin səfəri Avropa Sosial Şəbəkəsi (ESN) tərəfindən üzv qurumların xidmət keyfiyyətini yaxşılaşdırmaq, onlar arasında kommunikasiyanı inkişaf etdirmək və ən yaxşı təcrübələrinin digər üzv qurumlar tərəfindən öyrənilib tətbiq edilməsini təşviq etmək məqsədilə “Peer learning visit” proqramı çərçivəsində baş tutub.
Səfər çərçivəsində Agentlik və Orhus bələdiyyəsinin Məşğulluq Departamentinin nümayəndələri arasında məşğulluq sahəsində görülmüş işlər ilə bağlı təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfərin əsas məqsədi əlilliyi olan insanlar üçün əmək bazarında iş yerlərinin yaradılmasının təşviq edilməsi, fiziki məhdudiyyətli vətəndaşların bilik və bacarıqlarının artırılması, həmçinin məşğulluğunun təmin edilməsi mövzuları üzrə Danimarka Krallığının uğurlu təcrübəsini öyrənmək və ölkəmizdə tətbiq edilməsini təmin etməkdir.
Səfər çərçivəsində həmçinin Salling Group, IKEA və bir neçə digər şirkətlər ilə də görüşlər keçirilib.