Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsinin növbəti görüşü baş tutub. Layihə çərçivəsində icra olunan Tələbələrin Akselerasiya Proqramının seçilmiş benefisiarları üçün SOCAR-da 3 aylıq təcrübə proqramına cəlb ediliblər.
Tanışlıq xarakteri daşıyan görüşdə SOCAR öz dəyərləri, fəaliyyət istiqamətləri, struktur bölmələri, daxili prosedurları ilə gəncləri tanış edib, təcrübə prosesində onlar üçün yaradılacaq imkanlar barədə məlumatlar təqdim edib.
Görüş çərçivəsində iştirakçılarla interaktiv əlaqə quran SOCAR nümayəndələri gənclərin suallarını cavablandıraraq, onların təcrübə müddətində hansı struktur bölmələrdə fəaliyyət göstərəcəkləri, qarşıya qoyulan vəzifələr və inkişaf imkanları, rastlaşa biləcəkləri çətinliklər barədə ətraflı məlumat veriblər.
Şirkətin İnsan Resursları üzrə mütəxəssisləri tərəfindən həyata keçirilən təqdimat zamanı gənclərin potensialına inam və hər bir təcrübəçinin fərdi bacarıqlarına uyğun inkişaf yolu planlanacağı vurğulanıb, əldə edilən təcrübənin gənclərin motivasiyasını artırmaqla yanaşı, onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxış etmələrinə dəstək olacağı bildirilib.
Tədbirin sonunda təşkilatçılar tərəfindən təcrübə proqramı çərçivəsində fərqlənən iştirakçılar üçün uzunmüddətli əməkdaşlıq imkanlarının nəzərdə tutulması səsləndirilib, gənclər isə öz təəssüratlarını bölüşərək belə təşəbbüslərin cəmiyyətin bütün üzvləri üçün əlçatan olmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz