Dünya Bankının ekspertləri ilə peşə hazırlığının təkmilləşdirilməsi müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsinin ekspertləri ilə görüş keçirilib.

 

Görüşdə Agentlik tərəfindən peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və effektivliyinin artırılması məqsədilə aktual peşə və ixtisaslar üzrə təlim-tədris materiallarının hazırlanması, mövcüd tədris materiallarının yenilənməsi və ya yenidən tərtib olunması istiqamətində müzakirələr aparılıb. Davamlı dəyişən əmək bazarında zəruri peşə və ixtisaslar üzrə kadr hazırlığı, tədris proqramlarının müasir standartların tələblərinə uyğunluğu və innovativ yanaşmaları nəzərə alaraq inkişaf etmiş ölkələrlərin uğurlu təcrübələrinin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi mövzusunda təkliflər verilib.

 

Görüşdə, həmçinin cari fəaliyyətin davam etdirilməsi, təlim-tədris materiallarının təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.