Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası Agentliyi innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin növbəti beynəlxalq uğuru olaraq, Agentlik Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) tərəfindən innovativ iş təcrübəsi olan Məşğulluq Xidmətləri siyahısına daxil edilib.
https://wapes.org/wp-content/uploads/2023/09/PES-Strategy-Survey-2023-EN.pdf
Bu barədə WAPES-in “Dövlət Məşğulluq Xidmətləri üçün strategiyalar və çətinliklər” adlı sorğunun nəticələrinə dair hazırladığı hesabatda məlumat verilir. Sorğuda müxtəlif ölkələrdən 38 Dövlət Məşğulluq Xidməti əhatə olunub.
Hesabatda Dövlət Məşğulluq Agentliyinin apardığı islahatlar barədə geniş məlumat əks olunub. Agentlik 2022-ci ildə trendlər və innovativ tədbirlər həyata keçirmiş Məşğulluq Xidmətləri siyahısında yer alıb və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) ötən ilin mühüm innovativ yeniliyi kimi qeyd edilib.
ƏMAS-ın, habelə qurumun Fərdi Məşğulluq Proqramının əhəmiyyəti və tətbiqi işlərindən bəhs olunub. Həmçinin Agentliyin fəaliyyətində həssas qruplardan olan şəxslərin və qadınların əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsinin əsas istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.