Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin veb-saytı “MilliNet 2025” müsabiqəsinin qalibləri sırasındadır.
Ümumilikdə 13 nominasiya üzrə 179 rəqəmsal resursun iştirak etdiyi “MilliNet 2025” müsabiqəsində Agentliyin veb-saytı “İlin rəqəmsal hökumət həlli” nominasiyasında 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, https://dma.gov.az/ veb-saytı ictimaiyyətlə effektiv əlaqələrin qurulmasına, məşğulluq sahəsində həyata keçirilən layihə və xidmətlər barədə məlumatların operativ şəkildə paylaşılmasına imkan yaradır.
Veb-saytda Agentliyin fəaliyyət istiqamətləri üzrə ən son məlumatlar təqdim olunur, məşğulluq imkanlarının genişləndirilməsinə, eləcə də işəgötürənlərlə əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığına informasiya dəstəyi göstərilir.