Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 1–5 iyul tarixlərində Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi keçiriləcək.
Düşərgənin əsas məqsədi 7–9-cu sinif şagirdlərinin fərdi potensiallarının üzə çıxarılması, onların əmək bazarı, müasir bacarıqlar, düzgün ixtisas seçimi və karyera planlaması istiqamətlərində bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda, proqram çərçivəsində iştirakçılarda məqsədin müəyyənləşdirilməsi, şəbəkələşmə, innovativ düşüncə və məşğulluq imkanları barədə məlumatlılığın gücləndirilməsi nəzərdə tutulur.
Düşərgə 5 gün davam edəcək və Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunacaq. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klaslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Düşərgədə iştirak üçün müraciətlər qeydiyyat linki vasitəsilə qəbul edilir. Seçim mərhələsini uğurla tamamlayan 100 məktəbli proqramda iştirak hüququ qazanacaq.
https://survey.sosial.gov.az/index.php/772618?lang=az
Son müraciət tarixi 22 may 2026-cı ildir.