Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi vebsaytı (www.dma.gov.az) “Qlobal Hökumət Mükəmməlliyi” (Global Government Excellence) mükafatı üzrə “İlin vebsaytı” nominasiyasının qalibi olub.
“Qlobal Hökumət Mükəmməlliyi” mükafatı üzrə 2022-ci ilin yekunlarına əsasən iki nominasiya – “İlin vebsaytı” və “Marketinq və kommunikasiya” üzrə qiymətləndirmə keçirilib.
Nominasiyalarda ABŞ, Böyük Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Avropa və Afrikadan olan ölkələrin sosial xidmətlər üzrə layihələri iştirak edib.
Dövlət Məşğulluq Agentliyi bir çox aparıcı ölkələrdən olan nominantları qabaqlayaraq “İlin vebsaytı” nominasiyası üzrə ən yüksək mükafata - “Platinum” mükafatına layiq görülüb.
Mükafat baş ofisi Birləşmiş Ərəb Əmirliyinin Dubay və ABŞ-ın Los-Anceles şəhərlərində yerləşən “Qlobal Hökumət Mükəmməlliyi” beynəlxalq şirkəti tərəfindən təsis edilib.
Mükafatın münsiflər heyətində dünyanın aparıcı ölkələrinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri yer alıb.