Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri və “Məşğulluğa Dəstək Layihəsi”nin icra qrupunun üzvləri Türkiyədə səfərdə olublar.
Səfərin məqsədi Türkiyədə məşğulluq sahəsində tətbiq edilən dəstək mexanizmləri ilə tanış olmaq və bu mexanizmlərdən yararlanaraq biznesini inkişaf etdirən kiçik sahibkarların təcrübəsini yerində araşdırmaq olub.
Ankara şəhərində Türkiyə İş Qurumunun (İŞKUR) nümayəndələri ilə keçirilmiş görüşdə məşğulluq sahəsində həyata keçirilən tədbirlər, o cümlədən “İş yerində təcrübə” və “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması”na yönəlmiş dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti İzmir şəhərində yerli məşğulluq mərkəzinin fəaliyyəti ilə də tanış olub, məşğulluq tədbirlərinin təşkili və əhaliyə göstərilən xidmətlər barədə məlumatlandırılıb.
Bundan əlavə, müvafiq dəstək mexanizmlərindən faydalanan müəssisələrdə dövlət dəstəyinin biznesin inkişafına təsiri yerindəcə nəzərdən keçirilib.