Dövlət Məşğulluq Agentliyində Qazaxıstanın İşçi Qüvvəsinin İnkişafı Mərkəzinin nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində İşçi Qüvvəsinin İnkişafı Mərkəzinin (ENBEK) nümayəndələri ilə görüş keçirilib.
 

2025–2026-cı illəri əhatə edən Fəaliyyət Planı çərçivəsində baş tutan səfərin əsas məqsədi əmək və məşğulluq sahəsində qurumlararası əməkdaşlığın genişləndirilməsi, sosial təminat sistemlərinin rəqəmsallaşdırılması, əmək bazarının tədqiqi və proqnozlaşdırılması istiqamətlərində qabaqcıl təcrübə mübadiləsinin aparılması olub.
 

Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov çıxış edərək iki qurum arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Daha sonra əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Həmçinin Qazaxıstan nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən rəqəmsal layihələr, tətbiq olunan mexanizmlər və rəqəmsal həllər barədə təqdimat edilib.