Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində növbəti vətəndaş qəbulu baş tutub. Agentliyin İdarə heyətinin sədri Mustafa Abbasbəyli onlayn qaydada vətəndaşları qəbul edərək müraciətlərini cavablandırıb.
Videoformatda keçirilən görüşdə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan Regional Məşğulluq filiallarına qəbul üçün müraciət edən vətəndaşlar iştirak edib. Səsləndirilən müraciətlər əsasən işlə təminat və özünüməşğulluq proqramı ilə bağlı olub.
Vətəndaşlara “Məşğulluq” altsistemində mövcud olan vakansiyalara müraciət qaydaları barədə məlumat verilib, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq məşğulluq tədbirlərinə müraciət qaydaları izah edilib.
Əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.