Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli növbəti dəfə onlayn qaydada vətəndaşları qəbul edib. Qəbulda Bakı və Qarabağ Regional Məşğulluq filialları üzrə vətəndaşlar iştirak edib.
Səsləndirilən müraciətlər əsasən iş ilə təminat və peşə hazırlığı ilə bağlı olub. M.Abbasbəyli vətəndaşlara “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankı, ƏMAS-ın işsiz və işaxtaran şəxslərə yaratdığı imkanlar, peşə hazırlığının təşkili qaydaları, Agentliyin Peşə Hazırlığı Mərkəzləri və özəl tədris müəssisələrində tədrisi həyata keçirilən kurslara müraciət barədə məlumat verib.
Müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.