Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏməkdaşlıq çərçivəsində əmək yarmarkalarının təşkili, peşə hazırlığı tədbirləri və işlə təminat istiqamətində birgə fəaliyyət həyata keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Sunlab” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Sənədin imzalanması mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin fəaliyyəti barədə məlumat verib. İşsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb.
“Sunlab” MMC-nin direktoru Elmir Səfərli isə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, məşğulluğun dəstəklənməsi və sosial məsuliyyət istiqamətində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Memorandumu Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov və “Sunlab” MMC-nin direktoru Elmir Səfərli imzalayıblar.
Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq edəcəklər. Belə ki, işaxtaran və işsiz şəxslərin işə düzəlmələrinə köməklik məqsədilə əmək yarmarkalarının təşkili, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və peşəyönümü tədbirlərinin həyata keçirilməsi, həmçinin "Sunlab" MMC tərəfindən Agentliyin göndərişi əsasında işsiz və işaxtaran şəxslərin, o cümlədən həssas qruplara aid şəxslərin məşğulluqlarının təmin olunması və digər istiqamətlərdə birgə fəaliyyət göstəriləcək.