Dövlət Məşğulluq Agentliyi və SESRIC-in əməkdaşlığı çərçivəsində onlayn təlim həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin (SESRIC) əməkdaşlığı çərçivəsində onlayn təlim kursu keçirilib.

 

Təlim SESRIC-ə üzv ölkələr arasında İslam Əməkdaşlıq Təşkilatının Məşğulluq Xidmətləri Şəbəkəsinin (OIC-PESNET) 2024-2026-cı illər üzrə İş Planı çərçivəsində baş tutub.

 

“Dövlət-Özəl Tərəfdaşlığı (PPP) vasitəsilə peşə hazırlığının təkmilləşdirilməsi: Ən yaxşı təcrübələr və strategiyalar” mövzusuna həsr olunmuş təlim Azərbaycan, Türkiyə, İndoneziya və Malayziya nümayəndələrini eyni platformada birləşdirib. İştirakçılar peşə hazırlığı üzrə inteqrasiya, bu sahədəki müasir yanaşmalar və əmək bazarının ehtiyaclarını ödəyəcək bacarıqların inkişafına dair fikir mübadiləsi aparıblar. 

 

Qeyd edək ki, Agentliklə SESRIC arasında 2021-ci ildən etibarən məhsuldar əməkdaşlıq mövcuddur.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz