Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsi çərçivəsində Türkiyə Respublikasındakı xüsusi qulluq mərkəzlərində (Bakım Evleri) baxıcı vakansiyası üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanıb.
Bu vakansiya üzrə işə qəbul olunacaq şəxslər qeyd edilən xüsusi qulluq mərkəzlərində əlilliyi olan şəxslərə, həmçinin daimi qulluğa və reabilitasiyaya ehtiyacı olan yaşlı şəxslərə stasionar formada (özləri də həmin mərkəzlərdə gecələməklə) peşəkar qulluq göstərəcək, onların gündəlik ehtiyaclarının qarşılanmasını təmin edəcəklər.
Vakansiya üzrə əməkhaqqı məbləği Türkiyədəki minimum əməkhaqqından az olmamaq şərtilə müəyyən edilib.
Bundan başqa, işəgötürən tərəfindən aviabilet, viza rüsumu, yaşayış yeri və qidalanma xərcləri tam qarşılanacaq.
Vakansiya üzrə işə qəbul ediləcək şəxslərdən əsas tələblər bunlardır:
Dövlət Məşğulluq Agentliyi Türkiyədə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyən uyğun namizədləri bu vakansiya üzrə müraciət etməyə dəvət edir. Müraciətlər onlayn qaydada qəbul olunur. Son müraciət tarixi 27 avqust 2026-cı ildir.
Müraciət linki: https://survey.sosial.gov.az/index.php/756379?newtest=Y&lang=az