Dövlət Məşğulluq Agentliyi "Turizm və ictimai-iaşə sektorunda əməkdaşlıq" məqsədilə görüş keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində "Turizm və ictimai-iaşə sektorunda əməkdaşlıq" məqsədilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının Sədri Orxan Muxtarov, icraçı direktoru Fərhad Aşurbəyli, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Sənaye birlikləri üzrə meneceri Səkinə Əsgərova, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İnnovasiya, Tədris və Konsaltinq departamenti, İnnovasiya şöbəsinin müdiri Asif Həsənov, Qida Təhlükəsizliyi Agentliyinin Qida təhlükəsizliyi şöbəsinin müdir müavini, Risklərin və böhran vəziyyətlərin idarə edilməsi sektorunun müdiri Validə Sadıxova, eləcə də Agentliyin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev, Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə, Sosial tərəfdaşlarla iş departamentinin müdiri Fatimə Ələkbərova, Peşə hazırlığı şöbəsinin müdiri Kənan Bağırov iştirak edib.

 

Görüşdə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi və onlar üçün iş imkanlarının artırılması məqsədilə qarşılıqlı tərəfdaşlığın həyata keçirilməsi istiqamətində təkliflər müzakirə olunub. Tədbir iştirakçılarına əhalinin məşğulluğu və layiqli əməklə təmin edilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi və planlaşdırdığı layihələr, Agentliyin bu yöndəki əsas fəliyyət istiqamətləri barədə məlumat verilib.

 

alt text

 

Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev əmək bazarı üçün peşəkar kadrların hazırlanması üçün qarşılıqlı əməkdaşlığın önəmini vurğulayıb: “Ölkə başçısı cənab İlham Əliyevin də düşmən tapdağından azad olunan ərazilərimizlə bağlı son çıxışlarında yer alan məsələlərdən biri də elə qısa zamanda Qarabağın ölkəmizin əsas turizm zonalarından birinə çevriləcəyidir. Turizm sahəsinə olan böyük potensialı nəzərə alaraq turizm və ictimai-iaşə sektorunu peşəkar kadrlarla təmin etmək üçün dövlət və özel sektor arasında qarşılıqlı əməkdaşlığın aparılması vacibdir. Bu  istiqamətdəki təcrübəmizi, eləcə də maddi və fiziki resurlarımızı digər qurum, təşkilat və müəssisələrlə paylaşmağa hazırıq”.

 

alt text

 

Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli mövcud istiqamətdə tərəfdaşlığa başlama yönündə atılacaq addımlardan danışıb: “Burada ilk addımlardan biri kimi standartlaşdırılmış qiymətləndirmə sistemi yaradılmalıdır. Bununla bağlı nəticə əldə etmək üçün beynəlxalq təcrübənin öyrənilərək onun yerli bazara adaptasiyası üzərində işləyib vahid sistem yaradılmasına ehtiyac var. Assosiyasiya olaraq bu işdə yaxından iştirak etməkdən böyük məmnunluq duyarıq”.

 

alt text

 

Görüşün sonunda bu istiqamətdə kadr hazırlığı ilə bağlı iştirakçı qurumların təcrübələrinin öyrənilməsi, eləcə də ortaq təkliflərin hazırlanması məqsədi ilə növbəti görüşlərin təşkil edilməsi qərara alınıb.