Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi tərəfindən yeni peşə kurslarına start verilir.
Mərkəz bu dəfə 11 peşə üzrə hazırlıq kursları təşkil edəcək. Kurslar “sığorta agenti”, “barista”, “aşpaz”, “ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar”, “elektrik avadanlıqlarının xidmət və təmir üzrə elektrik montyoru”, “mebel ustası”, “mühasib”, “tikiş avadanlıqlarının operatoru, tikişçi”, “qaynaqçı”, “ofisiant” və “xadimə” peşələri üzrədir.
Peşə hazırlığı müddətində müdavimlərə həm nəzəri, həm praktiki biliklər tədris olunacaq və təqaüd veriləcək. Təlimlər bitdikdən sonra isə imtahanları müvəffəqiyyətlə verən məzunlara rəsmi dövlət sertifikatı təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.
Yaşı 20-45 aralığında olan və yeni peşə vərdişi qazanmaq istəyən vətəndaşlar seçdikləri peşə kursu üzrə Bakı Regional Məşğulluq filialında və ya paytaxtdakı DOST mərkəzlərində qeydiyyatdan keçə bilərlər.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz