Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib.

 

Abşeron-Xızı, Mil-Muğan və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən təşkil edilən yarmarkalarda dövlət və özəl sektordan olan işəgötürənlər, Məşğulluq filialının nümayəndələri, işsiz və işaxtaran şəxslər iştirak edib.

 

Ümumilikdə aktiv məşğulluq tədbirində 43 işəgötürən tərəfindən 264 vakansiya təqdim edilib.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, onlarla ilkin müsahibələr aparılıb. Uyğun namizədlərin növbəti mərhələlərə cəlb ediləcəyi bildirilib. Onlar arasında müharibə iştirakçıları və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslər də var.  

    

Bundan başqa aktiv məşğulluq tədbirinə müraciət edən şəxslərə karyera məsləhəti xidməti də göstərilib.