Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 663 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb edilib.
Onlardan 319 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 344 nəfər üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz