Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 476 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.
Onlardan 316 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 160 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının yekununda kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.
Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.