Dövlət Məşğulluq Agentliyi son bir ayda 1443 şəxsi peşə hazırlığına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son bir ayda 1443 şəxs peşə hazırlığına cəlb olunub. 

 

Onlardan 805 nəfəri Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 638 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

 

Kurslarda İT üzrə texniki dəstək mütəxəssisi, innovativ suvarma, gübrələmə və dərmanlama texnologiyaları üzrə mütəxəssis, nəzarətçi-xəzinədar, dərzi, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı, insan resursları mütəxəssisi, avtomobil diaqnostikası və təmiri ustası, əməliyyatçı-mühasib və s. peşələr öyrədilir.

 

Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstərilir.