Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi növbəti dəfə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartı üzrə sertifikata layiq görülüb.
Sertifikat Agentlikdə korrupsiyaya qarşı mübarizə siyasəti və bu sahədə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir. “ISO 37001” özündə dünyada formalaşmış ən yaxşı praktikanı ehtiva edir və idarəetmədə şəffaflığın artırılmasına zəmin formalaşdırır.
Sertifikatın təqdim edilməsi tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev ISO standartlarının tətbiqinin Agentliyin şəffaflığın təminatı istiqamətində işini daha da yaxşılaşdırmağa, xidmət keyfiyyətini yüksəltməyə imkan verdiyini vurğulayıb.
Sertifikasiya işləri çərçivəsində İsveçrənin “Swiss Approval” şirkəti tərəfindən audit keçirilib. Audit nəticələrinə əsasən Agentliyin fəaliyyəti ISO 37001:2016 standartlarına uyğun hesab edilib və sertifikatın etibarlılıq müddəti uzadılıb.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz