Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “İstedad sərgisi” layihəsinə başlayır.
Layihənin əsas məqsədi strateji fəaliyyət sahələri üzrə yüksək potensiala malik peşəkarları aşkar etmək, onların fərdi bacarıqlarını ön plana çıxarmaq, qarşılıqlı seçim prinsipi əsasında aparıcı işəgötürənlərlə əlaqələndirmək, həmçinin dayanıqlı məşğulluğa çıxış imkanlarını artırmaqdır.
Layihə çərçivəsində əmək bazarında tələbatlı və yüksək rəqabətədavamlı 10 fəaliyyət istiqaməti: satış, mühasibatlıq və maliyyə, satınalma və təchizat, proqram təminatı, rəqəmsal marketinq, SMM, data analitika, insan resursları, biznes analitika və müştəri xidməti sahələri üzrə iştirakçıların seçimi aparılacaq.
Qeyd olunan istiqamətlərdə ixtisaslaşan, öz peşəkar potensialını nümayiş etdirmək və aparıcı şirkətlərdə karyera qurmaq istəyən şəxslər layihədə iştirak edə bilərlər.
Layihədə iştirak üçün seçilmiş namizədlər Agentliyin Mərkəzi Karyera filialı tərəfindən ilk olaraq təlimlərə cəlb olunacaq, daha sonra öz bacarıq və nailiyyətlərini birbaşa işəgötürənlərə təqdim edəcəklər.
Qeydiyyatdan keçmək üçün link: https://survey.sosial.gov.az/index.php/716756?lang=az