Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi çərçivəsində növbəti görüşlər keçirilib.
Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən görüşdə Agentliyin İşsiz şəxslərlə iş departamentinin əməkdaşları, Filialın karyera məsləhətçiləri və Grand Mart MMC-nin insan resursları komandası iştirak edib.
Grand Mart MMC-də işə qəbul prosesi, karyera məsləhətçilərindən gözləntilər barədə məlumat verilib, rekruter yanaşmasının uğurlu şəkildə tətbiqinin işəgötürənlərə və işsiz və işaxtaran şəxslərə töhfə verəcəyi qeyd edilib.
Digər bir görüş isə Şirvan-Salyan Regional Məşğulluq filialı tərəfindən Şirvan şəhərində təşkil edilib. Görüş zamanı Agentliyin fəaliyyəti və “Əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib. Şirkətlərin işə qəbul prosesi, yaranacaq vakansiyalar üzrə işəqəbul üzrə namizədlərdən tələblər, işsiz şəxslərin yönləndirilməsi zamanı karyera məsləhətçilərindən gözləntilər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, cari ilin sentyabr ayından start verilən bu layihənin məqsədi karyera məsləhətçiləri və işəgötürənlər arasında kommunikasiyanın qurulması ilə karyera məsləhətçilərinin vakansiya tələblərini və hər bir işəgötürənin işəqəbul prinsiplərinin öyrənilməsi, işəgötürənlərlə karyera məsləhətçilərinin arasında əməkdaşlığın gücləndirilməsi və karyera məsləhətçilərinin qərarına inamının artırılmasıdır.