Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədi Agentliyin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə ilə MDU-nun rektoru Anar Eminov imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması və əmək bazarın tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, əlilliyi olan və ya aztəminatlı gənclər üçün müsabiqələrin və birgə layihələrin təşkili, həmçinin, Universitetin təcrübə və karyera inkişafı mərkəzinin fəaliyyətinin gücləndirilməsi, eləcə də Agentlik tərəfindən metodiki və informasiya dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində Universitetin məzunlarının əmək bazarına çıxış imkanlarını genişləndirmək və işəgötürənlərlə birbaşa əlaqələr yaratmaq məqsədilə hər tədris ilində qurumların birgə təşkilatçılığı ilə region üzrə əmək yarmarkalarının keçirilməsi, müsahibəyə hazırlıq, CV tərtibi və motivasiya məktubu yazmaq üzrə təlimlərin təşkili, qısamüddətli peşə hazırlığı və ixtisasartırma kurslarının keçirilməsi, tələbələrin şəxsi inkişafına, karyera planlaşdırmasına və əmək bazarına daha hazırlıqlı daxil olmalarına dəstək tədbirləri də nəzərdə tutulur.
Bundan başqa, Memoranduma əsasən, tərəflər arasında fəaliyyətin koordinasiyası və cari layihələrin reallaşdırılmasına nəzarətin həyata keçirilməsi məqsədilə İşçi qrup da yaradılacaq.