Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi daha iki beynəlxalq müsabiqədə mükafatlara layiq görülüb.
Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının “Employee Wellness Awards” müsabiqəsində Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib və Agentlik “2025-ci il üzrə Dövlət Məşğulluq Xidmətində Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. (https://www.corporatevision-news.com/winners-list/?award=54192-2025)
Həmçinin “Global Financial Market Review”” təşkilatının (Böyük Britaniya) müsabiqəsində “Əmək və məşğulluq” altsistemi ilə iştirak edən Dövlət Məşğulluq Agentliyi “Ən Yaxşı Rəqəmsal Tənzimləmə Həlli Azərbaycan 2025” kateqoriyası üzrə qalib seçilib. (https://www.gfmreview.com/press-release/gfm-review-announces-the-winner-of-its-prestigious-industry-award-for-the-second-part-of-the-2nd-week-of-february-2025)
Qeyd edilən müsabiqələr biznes və korporativ sektorda innovativ yenilikləri və uğurları ilə seçilən özəl və dövlət qurumlarının nailiyyətlərini, yeni tendensiyaları və nailiyyətləri tanıtmaq məqsədi daşıyır.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz