Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTürkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Yoxsulluğun Azaldılması üzrə İşçi Qrupunun 27-ci iclası keçirilib. “İƏT üzvü olan ölkələrin əmək bazarlarında bacarıq uyğunsuzluğunun qarşısının alınması” mövzusuna həsr edilmiş tədbirdə bacarıqların əmək bazarının tələblərinə uyğunlaşdırılması mexanizmləri müzakirə edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Elvira Sadıqova tədbirdə çıxış edib. Agentliyin nümayəndəsi əmək bazarında bacarıq uyğunsuzluğunun aradan qaldırılması istiqamətində Agentlik tərəfindən görülən işlər, peşəyönümü tədbirləri və karyera məsləhəti xidməti barədə məlumat verib.
İclasda Azərbaycanla yanaşı, Kot-d’İvuar, Kamerun, Qətər, Fələstin, Qvineya, Çad, İndoneziya, İordaniya, İran və Beninin aidiyyəti qurumlarının nümayəndələri də iştirak ediblər.