Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-nin Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu “Communitas Awards” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.
Müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti “Məşğulluq xidmətində mükəmməllik” və “Bacarıqlara əsaslanan icma xidmətində liderlik” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
https://enter.amcpros.com/communitas/entry/excellence-in-employment-service/
https://enter.amcpros.com/communitas/entry/leadership-in-skills-based-community-service-2/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Argentina, Türkiyə, İndoneziya, Vyetnam və s. ölkələrin dövlət və özəl qurumları iştirak ediblər.
“Communitas Awards” mükafatı müstəsna ictimai xidmət və sosial məsuliyyət nümayiş etdirən fərdləri, təşkilatları, özəl və dövlət qurumlarını təltif edən beynəlxalq proqramdır.
Agentlik ötən il də “Communitas Awards” müsabiqəsində “İctimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.