Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyinin tərəfdaşlığı ilə 17-20 iyun tarixlərində 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi keçiriləcək.
Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Dövlət Məşğulluq Agentliyi sərgidə ayrıca stendlə təmsil olunacaq və sərgi günlərində sosial tərəfdaşların iştirakı ilə əmək yarmarkaları təşkil ediləcək. Ziyarətçilərə Agentliyin fəaliyyəti, layihə və proqramları barədə məlumat veriləcək, müraciət etmək istəyən şəxslərin qeydiyyatı aparılacaq.
Bundan başqa, Agentliyin stendində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlilliyi olan şəxslərin əl işlərinin sərgisi və satışı təşkil olunacaq.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Ziyarətçi qeydiyyatı üçün: https://ebiletstore.com/event/7-ci-yerli-sirketlerin-tanitim-sergisi