Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin avqust ayı ərzində 1444 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.
Onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.
Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay 834 nəfər peşə hazırlığı kurslarını başa vurub, kurslardan məzun olmuş 795 nəfər işlə təmin olunub.