Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ADA Universitetində keçirilən 11-ci karyera sərgisində iştirak edib.
Tədbirdə ADA Universitetinin tələbə və məzunları Agentliyin fəaliyyət istiqamətləri, müxtəlif karyera fürsətləri, vakansiyalar və gənclərə yönəlmiş digər imkanlar barədə məlumatlandırılıb.
Sərgi aprelin 10-dan başlanan “Karyera hazırlığı həftəsi”nin yekun tədbiri olub. Məqsəd tələbə və məzunları bir araya toplamaqla birbaşa şirkət nümayəndələri və kadrlar şöbəsi ilə əlaqələndirmək, onların bacarıqlarını inkişaf etdirməkdir. Ümumilikdə sərgidə 129 şirkət və qurum təmsil olunub.