Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “AzerGold” QSC-nin birgə tərəfdaşlığı ilə icra olunan “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.
Məqsəd “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.
Seminarda iştirak edən qadınlara Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları – peşə hazırlığı, özünüməşğulluq proqramı, həmçinin mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat verilib. Eyni zamanda, “AzerGold” QSC tərəfindən həyata keçirilən sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlərdən danışılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən etibarən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş və Dövlət Məşğulluq Agentliyinə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində “Qadın gözəllik salonu” zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər isə qeydiyyata alınıb.