Daha 430 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 430 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.

 

Onlardan 164 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 266 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.

 

İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının yekununda kursu uğurla başa vuran şəxslərin işlə təminatına dəstək göstərilir.

 

Ümumilikdə hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə hazırlıq kursları təşkil olunur.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz