“Çıraq” İnkişaf Proqramının təlimlərinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "Baku Electronics" və "İnci" Şirkətlər Qrupunun dəstəyi ilə  məktəblilər üçün xüsusi inkişaf proqramı olan “Çıraq” İnkişaf Proqramının təlimlərinə başlanılıb.  

 

Proqramın ilk təlimi “Özünütanıma” mövzusunda olub. Filialın peşəkar karyera məsləhətçiləri şagirdlərlə özünütanıma niyə vacibdir, şəxsi və karyera planımıza təsirləri haqqında məlumat veriblər, şagirdlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, “Çıraq” İnkişaf Proqramı potensiallı məktəblilərin seçilərək 9 ay ərzində xüsusi proqram əsasında inkişaf etdirilməsini hədəfləyən proqramdır. Proqrama müraciət edən 1000-dən çox şagird arasından 80 nəfər iştirakçı seçilib.