Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən məktəblilər üçün təşkil olunan “Çıraq” inkişaf proqramının bağlanış görüşü keçirilib.
Videoformatda təşkil olunmuş görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev çıxış edərək, “Çıraq” inkişaf proqramının şagirdlərin karyera planlamasındakı önəmini vurğulayıb və bu proqram çərçivəsində qazanılmış bilik və bacarıqların onların həyatının hər bir mərhələsində xüsusi rol oynayacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, layihə potensiallı məktəblilərin seçilərək 9 ay ərzində xüsusi proqram əsasında hərtərəfli inkişaf etdirilməsini hədəfləyən proqramdır. Bu müddət ərzində şagirdlərə özünütanıma, məqsədlərin təyini, karyera planlaması, əmək bazarının araşdırılması, emosional zəka, tənqidi düşüncə və ünsiyyət bacarığı kimi mövzularda məlumat verilib.
Layihənin əsas məqsədi şagirdlərin əmək bazarının aktual çağırışları barədə savadlılığının artırılması və gələcək insan kapitalının formalaşdırılmasına töhfə verməkdir.
Bizi sosial mediada izləyin
Facebook: dma.gov.az
Instagram: dma.gov.az
Linkedin: Dövlət Məşğulluq Agentliyi
YouTube: dmasosialgovaz