Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu9 ay davam edəcək proqrama 80 şagird cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "Baku Electronics" və "İnci" Şirkətlər Qrupunun dəstəyi ilə məktəblilər üçün xüsusi inkişaf proqramı olan “Çıraq” İnkişaf Proqramına başlanılıb.
Proqramın açılış mərasimində iştirak edən Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirakçılara uğurlar arzu edib və layihənin şagirdlərin karyera planlaması istiqamətində savadlılığının artırılmasına dəstək göstərəcəyini qeyd edib.
Qeyd edək ki, “Çıraq” İnkişaf Proqramı potensiallı məktəblilərin seçilərək 9 ay ərzində xüsusi proqram əsasında inkişaf etdirilməsini hədəfləyən proqramdır. Proqrama müraciət edən 1000-dən çox şagird arasından 80 nəfər iştirakçı seçilib.
Proqram çərçivəsində məktəblilərin individual mentor nəzarətində inkişafı, vebinarlara cəlb olunması, sahələrə uyğun peşəkarlarla görüşləri nəzərdə tutulub. Layihə müddətində şagirdlərə özünütanıma, məqsədlərin təyini, karyera planlaması, əmək bazarının araşdırılması, emosional zəka, tənqidi düşüncə, ünsiyyət bacarığı kimi mövzularda məlumat veriləcək.
Qeyd edək ki, proqram müddətində "Baku Electronics" və "İnci" Şirkətlər Qrupu tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim ediləcək.