Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən "Baku Electronics" və "İnci" Şirkətlər Qrupunun dəstəyi ilə məktəblilər üçün xüsusi inkişaf proqramı olan “Çıraq” İnkişaf Proqramının təlimləri davam edir.
“Məqsədlərin təyini” mövzusunda keçirilən növbəti təlimdə filialın peşəkar karyera məsləhətçisi şagirdlərə “Məqsədlərin düzgün təyin edilməsi üsulları”, “Hədəflərə çatmaq üçün strategiyalar” və “Planlaşdırma və vaxtın idarə olunması” haqqında məlumat verib, şagirdlərin sualları cavablandırıb.
Qeyd edək ki, “Çıraq” İnkişaf Proqramı potensiallı məktəblilərin seçilərək 9 ay ərzində xüsusi proqram əsasında inkişaf etdirilməsini hədəfləyən proqramdır. Proqrama müraciət edən 1000-dən çox şagird arasından 80 nəfər iştirakçı seçilib.