Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçiriləcək.
Aktiv məşğulluq tədbiri 16 mart 2026-ci il tarixində, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçiriləcək.
Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.